4 saat 30 dəqiqəlik səfər, xatirələrlə dolu Ağdam — Aqil Abbasdan maraqlı AÇIQLAMA

GÜNDƏM 02 sentyabr 2025, 17:18
“Sonuncu dəfə Ağdama qatarla 1985-ci ildə getmişdim. Bu səfər mənim üçün olduqca xoş təsüratlarla yadda qaldı”. 

Bunu Demokrat.az-a açıqlamasında deputat Aqil Abbas deyib.

O qeyd edib ki, Ağdama qatar reysinin açılması  çox sevindirici haldır:

“Bu, əhali arasında gediş-gəlişi artıracaq və zaman keçdikcə daha da çox insanın Ağdama səyahət etməsinə şərait yaradacaq. Biz 4 saat 30 dəqiqəyə Ağdama çatdıq və inanırıq ki, gələcəkdə qatara sərf olunan müddət daha da azalacaq. 

Qatar səyahətində dostlarımız, müharibə iştirakçıları və media nümayəndələri bizimlə idi. Yol boyu ötənləri, keçmişi yadımıza saldıq, xatirələrimizi canlandırdıq.
Ağdamda yeni, gözəl vağzal tikilib və şəhərdə həyat artıq qaynayır. Hər şey çox səliqəli və nizamlıdır. Bu ilin sonunda şəhərə ilk köç olacaq. Zaman keçdikcə daha çox insanın Ağdama gəlməsi, şəhərdə nəfəsin və həyatın artması gözlənilir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 21:56
02 sentyabr 2025, 20:40
02 sentyabr 2025, 20:25
Top