“Prezidentin Çinə səfəri Azərbaycanın beynəlxalq müstəvidə strateji mövqelərini gücləndirir. Bu səfər, xüsusilə Şərq istiqamətində yeni siyasi və iqtisadi əməkdaşlıq imkanlarının açılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan Çinə səfərlə öz çoxvektorlu xarici siyasətini bir daha nümayiş etdirmiş olur:
“Bu səfər Azərbaycanın həm iqtisadi, həm də diplomatik maraqlarına xidmət edir. Çin kimi qlobal güclə əməkdaşlığın dərinləşməsi Azərbaycan üçün yeni investisiya imkanları yaradır, nəqliyyat, enerji və texnologiya sahələrində əməkdaşlıq perspektivlərini genişləndirir.
Prezidentin Çinə səfəri həm də Azərbaycanın Cənubi Qafqazda artan rolunu təsdiqləyən mühüm siyasi hadisədir. Bu, həm regional sabitlik, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm platforma formalaşdırır. Azərbaycanın strateji mövqeyi nəzərə alınaraq, Çinlə tərəfdaşlıq münasibətləri ölkəmizə gələcəkdə daha böyük siyasi və iqtisadi dividend gətirəcək”.
Siyasi şərhçi əlavə edib ki, səfər Azərbaycanın beynəlxalq münasibətlərdə balanslı və çevik siyasət yürütməsinin nəticəsidir:
“Azərbaycan həm Qərb, həm də Şərq istiqamətində əlaqələrini inkişaf etdirir. Bu da dövlətin müstəqil siyasət yürütməsinin bariz nümunəsidir. Prezidentin Çinə səfəri ölkəmizin nüfuzunu artırmaqla yanaşı, qlobal əməkdaşlıqda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.
Leyla Turan
Demokrat.az