"Bu fakt istehlakçı hüquqlarının pozulmasıdır. Sovet vaxtı əsas şüar kəndlə şəhər arasındakı fərqi ləğv etmək idi. Lakin azad-bazar iqtisadiyyatı və kapitalizm şəraitində biz görürük ki, insanlar arasında ciddi uçurumlar yaranır".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
Ekspert deyib ki, gərək bu işə nəzarət edən dövlət qurumları bütün Azərbaycan istehlakçıları üçün çalışıb bərabər şərait yaratsınlar:
"Təhlükəli, uzun, şəraitsiz marşrutlarla gedən avtobusların bərbad, baxımsız vəziyyətdə olması barədə Azad İstehlakçılar Birliyinə müraciətlər daxil olur. Bu, yol verilməzdir. Düşünürəm ki, bu vəziyyət tezliklə həll olunmalıdır".
Qeyd edək ki, son zamanlar rayon avtobuslarının baxımsız şəraitdə olması ilə bağlı şikayətlər artıb.
Əfsanə Kamal
Demokrat.az