Əfqanıstanda yenidən güclü zəlzələ olub

HADİSƏ 02 sentyabr 2025, 18:13
Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 5.5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə qeydə alınıb.

Zəlzələ ocağı yerin 35 kilometr dərinliyində yerləşib.

Xatırladaq ki, ötən gün Əfqanıstanın şimal-şərqində altı bal gücündə zəlzələ olub. Son məlumatlara görə, təbii fəlakət 1 411 nəfərin həyatına son qoyub, 3 124 nəfər xəsarət alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 23:06
02 sentyabr 2025, 21:56
02 sentyabr 2025, 20:40
02 sentyabr 2025, 20:25
Top