Biləsuvar rayonunda 32 yaşlı kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 1-də rayonun kəndlərindən birində baş verib.
Kənd sakini, 1993-cü il təvəllüdlü Rza şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı arvadı Təhminə (adlar şərtidir –red.) ilə mübahisə edib. Aralarında yaranan mübahisə zamanı həyat yoldaşının əvvəlcə yumruqla, daha sonra təpiklə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Rzanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2018-ci ildə el adətinə uyğun olaraq evlənib: “Lakin biz faktiki nikahımızı 2019-cu ildə rəsmiləşdirdik. Birgə nikahımzdan 2 uşağımız doğulub. Mən arvadımla birlikdə Biləsuvar rayonun kəndində yerləşən və zərərçəkmiş şəxsin valideynlərinə məxsus olan evdə yaşayırıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 1-də arvadı və uşaqları ilə yaşadığı ünvana gedib və həmin gün saat 18 radələrində onunla zərərçəkmiş şəxs arasında mübahisə baş verib: “Həmin vaxt əsəbiləşərək özümdən çıxdım və arvadımı vurum. Bundan sonra sakitləşdim və etdiyim əməldən peşman olmuşam. Lakin zərərçəkmiş şəxs məni bağışlamayaraq, Biləsuvar Rayon Polis Şöbəsinə barəmdə şikayət etdi”.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, sonradan zərərçəkmiş şəxsdən üzr istəyib və ona dəymiş ziyanı aradan qaldırıb, arvadı ilə barışığa nail olub.Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin onu bağışlamasını nəzərə alıb.
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az