“Hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına əsas maneələrdən biri Ermənistan Konstitusiyasında yer alan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarıdır. Bu, sadəcə Azərbaycanın deyil, qardaş Türkiyənin də ərazi bütövlüyünə qarşı yönəlmiş açıq ifadələr şəklində konstitusiyada mövcuddur”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib.
O bildirib ki, xüsusilə Ermənistanın müstəqillik aktında bu müddəalar xüsusi vurğulanır və həmin akt Ermənistan Konstitusiyasının tərkib hissəsi kimi qəbul olunur:
“Bu baxımdan, Ermənistanda Konstitusiya islahatlarının aparılması zərurəti yaranır və bu, yalnız referendum yolu ilə mümkün ola bilər. Azərbaycan artıq 5 ildən çoxdur ki, bu məsələyə diqqət çəkir.
Təəssüf ki, Ermənistan bu müddət ərzində qeyri-konstruktiv mövqe nümayiş etdirib. Lakin son zamanlar, xüsusilə 8 avqust tarixində Vaşinqtonda imzalanmış çərçivə sazişi və əldə olunmuş razılaşmalar göstərir ki, Ermənistan yaxın vaxtlarda bu maneəni aradan qaldırmaq istiqamətində real addımlar ata bilər.
Artıq 2022-ci ildən etibarən Ermənistan Baş naziri Nikol Paşinyanın sərəncamı ilə Konstitusiya İslahatları Şurası yaradılıb. Bu quruma yeni konstitusiyanın hazırlanması tapşırılıb. Hətta bir müddət əvvəl həmin istiqamətdə işçi qrupu da formalaşdırılıb”.
Deputat qeyd edib ki, yeni Konstitusiya layihəsinin hazırlanması və referenduma çıxarılması prosesi artıq gündəmdədir:
“Paşinyan özü də dəfələrlə bu islahatların vacibliyini bəyan edib və erməni cəmiyyətinə ünvanlanmış mesajlarında bunun zəruriliyini vurğulayıb. Lakin Ermənistan cəmiyyətində bu məsələyə münasibət birmənalı deyil.
Paşinyanın sərəncamında yeni Konstitusiyanın oktyabrın sonuna qədər qəbul edilməsinin vacibliyi qeyd olunur. Əgər bu proseslər vaxtında həyata keçirilərsə, yekun sülh müqaviləsinin imzalanması da real və yaxın perspektivə çevriləcək. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası, hələ də işğal altında olan dörd Azərbaycan kəndinin qaytarılması və digər məsələlər də mərhələli şəkildə öz həllini tapacaq. Əsas məqsədimiz bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunmasıdır. Bunun üçün Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməlidir”.
Leyla Turan
Demokrat.az