Ağzı açıq kanalizasiya quyuları təhlükə saçır — AÇIQLAMA

SOSİAL 02 sentyabr 2025, 16:20
"Mərkəzi Parkda baş verən hadisə çox təəssüf doğurur və bir daha göstərir ki, ictimai yerlərdə texniki təhlükəsizlik məsələləri yüksək səviyyədə təmin edilməlidir. Parklarda təhlükəsizliyə görə park rəhbərliyi və nəzarətçilər məsuliyyət daşıyırlar. Çünki bu cür obyektlər insanların gündəlik hərəkət etdiyi ərazilərdə yerləşir və onların təhlükəsizliyi üçün bütün texniki şərtlər təmin olunmalıdır".

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib.

O, bildirib ki, valideynlərin də diqqətli olması və uşaqlarını nəzarətdə saxlamaları vacibdir:

"Belə halların qarşısını almaq üçün ilk növbədə quyular möhkəm və etibarlı qapaqlarla təmin edilməlidir. Bu qapaqlar oğurlanması və ya asanlıqla qaldırılması mümkün olmayan xüsusi materiallardan hazırlanmalıdır.

Eyni zamanda bütün quyuların mütəmadi olaraq yoxlanması təmin edilməlidir. Təmir zamanı açıq qapaq mövcud olduqda, ərazi dərhal baryerlərlə əhatə olunmalı və xəbərdaredici nişanlar yerləşdirilməlidir".

Ekspert bildirib ki, xüsusilə də uşaqların çox olduğu parklar kimi yerlərdə təhlükəsizlik məsələləri ən yüksək prioritet olmalıdır:

"Belə faciələrin təkrarlanmaması üçün müvafiq qurumlar ciddi nəzarət mexanizmi qurmalı və təhlükəsizlik qaydalarının pozulmasına görə zəruri tədbirlər görməlidirlər".

Qeyd edək ki, Bakıda azyaşlının  kanalizasiya quyusuna düşməsi ilə bağlı iddialar müzakirələrə səbəb olub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 20:40
02 sentyabr 2025, 20:25
Top