“Qürur hissi keçirdim ki, Çin kimi nəhəng dövlət Prezident İlham Əliyevi və Mehriban Əliyevanı yüksək səviyyədə qarşıladı. Ancaq Putin bu cür hörmətə layiq görülmədi. Müqayisə olunmaz dərəcədə böyük fərqi, məncə, bütün dünya gördü”.
Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, Pekində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Putin təcrid olunmuş vəziyyətdə idi:
“Bəzi ölkələrin liderləri onunla elə ayaqüstü salamlaşdı. Heç Tacikistan Prezidenti ona əhəmiyyət vermədi, Putin özü salamlaşmalı oldu.
Digərləri də eyni şəkildə. Putinin digər ölkə liderləri tərəfindən təcrid olunduğu və onunla görüşməkdə qətiyyən həvəsli olmadıqları nümayiş etdirildi. Təbii ki, Azərbaycan Prezidenti də bu təşəbbüsdə olmazdı.
Bu, bir daha onu göstərir ki, Rusiya və Azərbaycan arasında kifayət qədər gərginlik var. Lakin bu, bizi qorxutmalı deyil. Rusiya son günlərini yaşayır, Azərbaycanın mövqeyi ədalətli mövqedir”.
Cavidan Mirzəzadə
Demokrat.az