Ölkənin müxtəlif bölgələrində yas mərasimlərinin keçirilməsi ilə bağlı fərqli yanaşmalar müşahidə olunur. Bir rayonda dəbdəbəli mərasimlərə məhdudiyyət qoyulursa, digər bölgələrdə bu adət-ənənə əvvəlki qaydada davam etdirilir. Bu isə vətəndaşlar arasında çaşqınlıq yaradır.
Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu mövzu uzun müddətdir geniş şəkildə müzakirə olunur və müxtəlif yanaşmalar mövcuddur:
“Burada iki çıxış yolu var: ya vətəndaşların özləri bu prosesi tənzimləməlidir, ya da inzibati yolla yanaşılmalıdır. Amma bəzi hallarda dövlətin müdaxiləsi vətəndaşların narazılığına səbəb olur. Ona görə də təbiidir ki, bəzi bölgələrdə bu, artıq şəxsi seçim kimi davam edir”, - deyə o qeyd edib.
Deputat həmçinin öz mövqeyini də açıqlayıb:
“Ümumiyyətlə, yas mərasimlərinin israfçılıq şəklində keçirilməsinə son qoyulmalıdır. Belə hallardan hamı əziyyət çəkir, insanlar həm psixoloji, həm də maddi cəhətdən sıxıntı yaşayır. Din də bu cür dəbdəbənin əleyhinədir. Mən düşünürəm ki, biz bu adətdən tədricən uzaqlaşmalıyıq. Hazırda dövlət tərəfindən hər hansı qanuni qadağa yoxdur. Vətəndaşlar özləri daha diqqətli və məsuliyyətli davranmalıdırlar”.