Deputatdan bu qurumun ləğvi təklifinə REAKSİYA

GÜNDƏM 02 sentyabr 2025, 15:31
“Məlumdur ki, Azərbaycanın büdcəsinin gəlirlərini təmin edən əsas qurumlardan biri də Gömrük Komitəsidir. Proqnozlara görə, 2025-ci ildə Gömrük Komitəsinin dövlət büdcəsinə 6 milyard manatdan çox vəsaitin cəlb edilməsini təmin edəcək. Hər il görürük ki, bu qurum təsdiq olunmuş proqnozları yerinə yetirir, hətta artıqlamasıyla. Bu baxımdan biz Gömrük Komitəsinin işini təqdirəlayiq hesab edə bilərik”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, hər bir dövrün özünün iqtisadi çağırışları var, bu çağırışlar strukturların yenilənməsini tələb edir:

“Bu baxımdan Gömrük Komitəsi vəzifələrini yerinə yetirə bilir. Ümumən isə digər dövlətlərdə hansı təcrübələr varsa, Azərbaycan ən mükəmməl təcrübəni götürüb tətbiq edir. Azərbaycanın idarəçilik prinsiplərinə uyğun şəkildə idarəçiliyin formalaşması təmin edilir. İqtisadi çağırışlara uyğun olaraq da islahatlar həyata keçirilir”.

Qeyd edək ki, son günlər aparılan müzakirələrdə bir sıra komitə və qurumların, o cümlədən Gömrük Komitəsinin nazirliklərə birləşdirilməsi təklif edilir.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top