Heydər Əliyev Fondu Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində pavilyonla təmsil olunur.
Demokrat.az xəbər verir ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə təşəbbüsü əsasında yaradılıb.
Birgə pavilyonun yaradılması ideyası ilk dəfə 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı irəli sürülüb. Həmin konfrans çərçivəsində təşkil olunan pavilyon ən çox ziyarət edilən məkanlardan biri olub.
Pavilyonda Heydər Əliyev Fondunun sosial, mədəniyyət, təhsil, səhiyyə, yenidənqurma və bərpa, ətraf mühitin mühafizəsi və digər istiqamətlərdə həyata keçirdiyi layihələr foto və videomateriallar vasitəsilə təqdim olunur.
COP31-də Heydər Əliyev Fondu və Sıfır Tullantı Fondunun birgə pavilyonu açılıb - FOTOLAR


