Müasir dövrdə sosial şəbəkələrin sürətli inkişafı yalan və manipulyativ məlumatların geniş yayılmasına səbəb olur. Bəs insanlar bu cür məlumatlara niyə daha tez inanır?
BAKU.WS xəbər verir ki, Massachusetts Texnologiya İnstitutunun (MIT) Media Laboratoriyasının araşdırmasına görə, yalan xəbər doğru xəbərə nisbətən 70% daha sürətlə yayılır. Bu isə daha çox insanın ona inanmasına və paylaşmasına səbəb olur.
Harvard Universitetinin Kennedy Məktəbinin tədqiqatçılarının fikrincə, insanların yalan xəbərə inanmasının əsas səbəbi onların emosional reaksiya vermə meylidir. Yalan xəbərlər çox zaman qorxu, qəzəb və ya təəccüb kimi güclü hisslər yaradır ki, bu da insan beynində xəbərin doğruluğunu yoxlama instinktini zəiflədir.
ÜST tərəfindən yayımlanan mediada dezinformasiyanın psixoloji təsirləri ilə bağlı hesabatda qeyd olunur ki, insanlar çox zaman öz mövqelərinə və dünyagörüşlərinə uyğun olan məlumatlara daha tez inanırlar. Bu hadisə "təsdiq qərəzi" (confirmation bias) adlanır.
UNESCO-nun 2023-cü ildə yaydığı hesabatda vurğulanır ki, vizual materiallarla müşayiət olunan yalan məlumatlar, mətn formatındakı məlumatlardan 2,3 dəfə daha çox inandırıcı görünür. Bu xüsusilə gənc istifadəçilərə təsir edir.
London İqtisadiyyat Məktəbinin məlumatına görə, insanların gündəlik aldığı informasiya həcmi 1980-ci illə müqayisədə 20 dəfə artıb. Bu həddindən artıq məlumat axını insanın kritik düşünmə və təhlil etmə qabiliyyətini zəiflədir, nəticədə insanlar xəbərin doğruluğunu yoxlamadan inanmağa və paylaşmağa meylli olurlar.
Mütəxəssislər yalan xəbərlərin təsirinin azaldılması üçün media savadlılığının artırılmasını, rəsmi mənbələrin izlənməsini və fakt yoxlama alətlərindən istifadə olunmasını tövsiyə edirlər.