Azərbaycanda bağ evləri ortalama 3–7 milyona, şəhər daxilində villalar isə 5 milyona təklif olunur.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.
O bildirib ki, şəhər daxilində villalar əsasən bu ərazilərdə yerləşir:

“İki formada yüksək qiymətlərə rast gəlirik. Birincisi, şəhər ətrafında olan, dənizə yaxınlığı ilə seçilən bağ sahələridir. Əsasən Bilgəh, Mərdəkan, Şüvəlan kimi əraziləri əhatə edir.
Digərləri isə şəhərin içində olan fərdi evlərdir ki, bunlar da Nəsimi, Nərimanov rayonlarında, Teymur Əliyev küçəsində, Həzi Aslanov qəsəbəsində, Hüseyn Cavid parkının yaxınlığında olanlardır. Əsasən Badamdar ərazisində belə təkliflər çoxdur. Bu ərazilərdə də yüksək qiymətlərə rast gəlinir. Bu qiymətlərin formalaşması daha çox yerləşdiyi yerdə torpağın baha olması ilə əlaqədardır. Bu təkliflər azdır, daha çox təkliflər şəhərin kənarında yerləşən villalardır. Həmin villaların qiymətləri isə həm torpağın qiyməti ilə, həm də tikilinin standartları ilə bağlıdır. Futbol meydançasının, tennis kortunun, hovuzun olması, sauna və digər hamam növlərinin olması qiymətlərə təsir göstərir.
Fərdi yaşayış evlərinin qiymətləri bahalaşmadan qabaq bir kvadrat metr üçün 1000–1500, bəzən 2 min manat civarında idi, indi elə yerlər var ki, 3–4 min manata təklif olunur. Bütün növ əmlakların qiymətinin artımı fonunda bağ evləri və villaların qiymətinin artımı da təbiidir.
Ən yüksək qiymətə gəlincə, düzdür, 10 milyon manata təklif olunan villalar da var, hətta bir dəfə 20 milyona da elan qoyulmuşdu. Ümumən isə təqribən 3–7 milyon arasında bağ evləri olur. Villalar isə ortalama 5 milyona təklif olunur”.
Cavidan Mirzəzadə
Demokrat.az