Kreml Zelenskinin 30 günlük atəşkəs təklifini rədd etdi

DÜNYA 29 aprel 2025, 15:29
Rusiya, Ukraynanın irəli sürdüyü 30 günlük atəşkəs təklifinə razılıq verməyəcək. Kremlin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, bu kimi uzunmüddətli atəşkəs üçün əvvəlcə müəyyən "məhz detal və nüansların” razılaşdırılması tələb olunur. "Əgər belə uzunmüddətli atəşkəsdən danışırıqsa, burada Prezident (Vladimir) Putinin də qeyd etdiyi vacib nüanslar var. Bu məsələlərə cavab verilmədən belə bir atəşkəsə razılaşmaq çətindir”.

Qaynarinfo xəbər verir ki, bu sözlri Dmitri Peskov deyib.

Xatırladaq ki, bundan əvvəl Rusiya elan etmişdi ki, 7-dən 8 may gecəsi saat 00:00-dan başlayaraq 11 may saat 00:00-dək – Sovet-Alman müharibəsində Qələbənin 80 illiyi münasibətilə – Rusiya ordusu birtərəfli şəkildə atəşkəsə gedəcək, lakin ehtimal olunan hücumlara "uyğun cavab” vermək hüququnu saxlayacaq.

Bu addım Kreml tərəfindən Putinin "xoşməramlı jesti” kimi təqdim edilib. Putin əvvəlki açıqlamasında da sülh danışıqlarına "əvvəlcədən şərtlərsiz” hazır olduğunu bildirmişdi.

Ukrayna tərəfi isə bu təklifi tənqid etmişdi. Xarici işlər naziri Andrey Sibiqa atəşkəsin 8 mayadək gözlənilmədən dərhal tətbiq olunmasını təklif etmişdi. Prezident Zelenski isə 30 günlük "dərhal, tam və qeyd-şərtsiz” atəşkəs çağırışı etmiş və Putinin bu təklifini "növbəti manipulyasiya” adlandırmışdı: "O, bayram bitən kimi yenidən öldürməyə başlayacaq”, – deyə Zelenski bildirmişdi.

Bütün bu açıqlamalara baxmayaraq, Peskov Kremlin hələ də Ukrayna tərəfindən 9 May atəşkəsi ilə bağlı konkret cavab eşitmədiyini bildirib. "Biz hələ də Kiyev rejiminin bu atəşkəsə qoşulub-qoşulmayacağını anlaya bilmirik”, – deyə Kremlin sözçüsü əlavə edib və bir daha vurğulayıb ki, Rusiya "Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq” niyyətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 19:30
Top