Məşhur futbolçu COVID-19 sertifikatına görə beş il həbs oluna bilər

İDMAN 21 sentyabr 2026, 22:26
İngiltərənin "Sanderlend" klubunda çıxış edən və İsveçrə millisinin kapitanı olan Qranit Caka saxta COVID-19 sertifikatları əldə etməkdə şübhəli bilinir.

Demokrat.az "Blick" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə bağlı ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.

Lütsern Prokurorluğu faktla bağlı rəsmi istintaq başladıb və Cakanı oktyabrın əvvəlində ifadə verməyə çağırıb. İttiham təsdiqlənərsə, futbolçunu 5 ilədək həbs cəzası gözləyə bilər.

Bununla yanaşı, Caka İsveçrə millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək. O, UEFA Millətlər Liqasında sentyabrın 26-da Şimali Makedoniya, 29-da Şotlandiya, oktyabrın 3-də Sloveniya və oktyabrın 6-da yenidən Şimali Makedoniya ilə keçiriləcək görüşləri buraxacaq.

Qeyd edək ki, Caka daha əvvəl saxta COVID-19 vaksinasiya sertifikatı hazırladığını etiraf edib.

Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

21 sentyabr 2026, 21:44
Top