Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

HADİSƏ 21 sentyabr 2026, 21:56
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az “report.az”a istinadla xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Chevrolet Malibu" markalı avtomobil yolu keçən piyadanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

21 sentyabr 2026, 21:44
Top