YapiKredi Müraciət Forması
Dünya

ABŞ-da qızılca halları kəskin artdı: 35 ilin rekordu

ABŞ-da qızılca halları kəskin artdı: 35 ilin rekordu

ABŞ-da qızılca virusuna yoluxma halları son 35 ilin ən yüksək həddinə çatıb. 2026-cı ildə ölkə üzrə təsdiqlənmiş yoluxma sayı 5 182-yə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatında bildirilib.

Statistikaya əsasən, yoluxanların təxminən 59 faizi uşaq və yeniyetmələrdir. Onların 18 faizini 5 yaşadək uşaqlar, 41 faizini isə 5-19 yaş aralığında olan şəxslər təşkil edir.

Məlumata görə, qeydə alınan yoluxmaların 96 faizi epidemiya ocaqları ilə əlaqəlidir. Yoluxanların 96 faizinin peyvənd olunmadığı və ya peyvənd statusunun məlum olmadığı açıqlanıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci il ərzində ABŞ-da 2 289 qızılca hadisəsi qeydə alınmışdı. Beləliklə, cari ilin göstəricisi ötən ilin ümumi rəqəmini iki dəfədən çox üstələyib.

CDC-nin açıqladığı statistikada 2026-cı il üzrə qızılca ilə əlaqəli 4 ölüm hadisəsi göstərilsə də, bəzi ştatların səhiyyə qurumları daha yüksək rəqəmlər açıqlayıb.

Qeyd edək ki, 5 noyabr 2026-cı il tarixinə olan məlumatlar ABŞ-da qızılcanın yayılmasının ciddi ictimai səhiyyə problemi olaraq qaldığını göstərir.

NE
Nihadə Eyyubova