Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti açıqlandı

MƏDƏNİYYƏT 21 sentyabr 2026, 21:27
Xəbər verdiyimiz kimi, əməkdar artist Firuzə İbadova təxminən iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya aparılıb. Sənətçinin qızı Hülya anasının əməliyyat olunduğunu və reanimasiyaya yerləşdirildiyini bildirib.

Demokrat.az xəbər verir ki, F.İbadovanın son durumu ilə bağlı “Bakupost.az”a açıqlama verən meneceri onun artıq xəstəxanadan evə buraxıldığını deyib.

Menecerin sözlərinə görə, Firuzə İbadovanın müalicəsi davam etdirilir:

"Xəstəxanadan çıxıb, evdədir. Vəziyyəti hələlik orta-stabildir. Müalicəsi davam edir, həkim nəzarətindədir. Ümid edək ki, yaxşı olacaq".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

21 sentyabr 2026, 21:44
21 sentyabr 2026, 18:46
Top