Süni intellekt platformalarında istifadəçi yazışmalarının şirkət əməkdaşları və ya moderatorlar tərəfindən nəzərdən keçirilməsi rəqəmsal məxfilik və kibertəhlükəsizlik baxımından müəyyən risklər yaradır.
Demokrat.az xəbər verir ki, İKT üzrə ekspert Elvin Abbasov “Bakupost”a bildirib ki, istifadəçilər süni intellekt sistemləri ilə ünsiyyət qurarkən sadə axtarış sistemi ilə deyil, daxil edilən məlumatları emal edən, saxlayan və bəzi hallarda modellərin təlimində istifadə edən mürəkkəb alqoritmlərlə qarşılıqlı əlaqədə olduqlarını nəzərə almalıdırlar.
Ekspertin sözlərinə görə, süni intellekt platformalarına şəxsi, maliyyə və ya korporativ məlumatlar daxil edilərkən əsas risklərdən biri fərdi məlumatların və kommersiya sirri təşkil edən sənədlərin sızmasıdır. İstifadəçi tərəfindən daxil edilən məlumatların modelin təlimində istifadə olunması halında həmin məlumatların başqa istifadəçiyə verilən cavabda gözlənilmədən ortaya çıxması riski də mövcuddur.
O qeyd edib ki, platformaların serverlərinə haker hücumları və ya üçüncü tərəf tətbiqləri ilə inteqrasiya zamanı yaranan təhlükəsizlik boşluqları nəticəsində yazışma tarixçəsinin kənar şəxslərin əlinə keçməsi mümkündür.
Elvin Abbasovun sözlərinə görə, məlumatların moderatorların və ya üçüncü şəxslərin əlinə keçməsi müəyyən hüquqi və texniki şərtlər daxilində baş verə bilər. Bir çox süni intellekt şirkətləri istifadə şərtlərində sistemin təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunların filtrlənməsi və alqoritmlərin dəqiqliyinin artırılması məqsədilə anonimləşdirilmiş yazışma nümunələrinin insan mütəxəssislər tərəfindən nəzərdən keçirilə biləcəyini bildirirlər.
Ekspert əlavə edib ki, istifadəçi qanunsuz fəaliyyət, kibercinayətkarlıq və ya təhlükə yaradan sorğular göndərdikdə, daxili təhlükəsizlik sistemləri bu yazışmanı işarələyə və moderatorların baxışına yönləndirə bilər. Hüquq-mühafizə orqanlarının rəsmi sorğuları əsasında da şirkətlər müvafiq yazışma qeydlərini təqdim edə bilərlər.
Ekspert istifadəçilərə platformalara bank kartı məlumatları, şəxsiyyət nömrələri, şifrələr, məxfi biznes sənədləri və şəxsi fotolar daxil etməməyi tövsiyə edib. O, həmçinin platformaların Settings/Privacy bölməsindən yazışmaların modelin təlimində istifadəsini dayandıran Data Controls/Model Training funksiyalarını söndürməyi məsləhət görüb.
Korporativ mühitdə çalışan şəxslərin isə fərdi pulsuz hesablar əvəzinə məlumatların məxfiliyinə müqavilə ilə zəmanət verən və yazışmaları təlim məqsədilə istifadə etməyən rəsmi biznes (Enterprise) versiyalarından istifadə etməsinin daha məqsədəuyğun olduğunu bildirib.
Demokrat.az