Bakının Nərimanov rayonunda rəfiqələr arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, İmişli rayon sakini, 1983-cü il təvəllüdlü Əntiqə rəfiqəsi Gülnarə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında baş vermiş mübahisə zamanı Əntiqə bir dəfə yumruqla qəsdən Gülnarənin sol döş nahiyəsindən vuraraq, ona sol süd vəzisinin yumşaq toxumalarının şişkinliyi ilə nəticələnən xəsarət yetirib.
Gülnarə xəsarət alması ilə bağlı əvvəlcə həkimə, daha sonra isə hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Əntiqənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə təqsirləndirilən şəxs qismində izahat verən Əntiqə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını söyləyib.
Zərərçəkmiş şəxs də məhkəməyə ərizə təqdim edib və təqsirləndirilən şəxslə barışdığını təsdiq edib. Gülnarə hazırda Əntiqə ilə barışdığını, dəymiş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli