2010-cu il təvəllüdlü şəxs (kişi) sentyabrın 17-də saat 23:30 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən verilən məlumata görə, dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, alının sağ payında yumşaq toxuma şişkinliyi, komatoz vəziyyət diaqnozları təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib: "Vəziyyəti ağır qiymətləndirilən şəxs
Reanimasiya şöbəsinə yerləşdirilib. süni tənəffüs aparatına qoşulub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 21.09.2026-cı il tarixində saat 15:00-da şəxsin ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib".(APA)
Demokrat.az

