Bakıda sürücülər arasında DAVA: Bir nəfər ürəyindən bıçaqlandı (VİDEO)

KRİMİNAL 25 aprel 2025, 23:14

Paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1973-cü il təvəllüdlü Səlim Əliyev ilə taksi sürücüsü, 1978-ci il təvəllüdlü Maksim Əhmədov arasında mübahisə baş verib.

Dava zamanı M. Əhmədov S. Əliyevə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib. Bıçaqlanan şəxs hadisə yerində dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, sürücülər arasında yol üstündə mübahisə düşüb.

"Bir-birilərinə yol verməyiblər, söyüş söyüblər. Sonra bıçaqlanma hadisəsi baş verib", - deyə hadisə şahidi bildirib.

Ətraflı Baku TV-nin süjetində:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top