Son illərdə beynəlxalq siyasətdə böyük güclərin mövqeləri dəyişir. ABŞ, Çin və Rusiya arasındakı münasibətlər, eləcə də regional güclərin rolu yeni dünya düzənini formalaşdırır. Bu dəyişikliklər qlobal siyasətə necə təsir edir?
Yeni geosiyasi balans hansı ölkələrə üstünlük qazandırır?
Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, İkinci Dünya Müharibəsindən sonra formalaşan beynəlxalq münasibətlər sistemi demək olar ki çökmüş vəziyyətdədir:
“Başqa sözlə desək, dünya sürətlə xaosa doğru irəliləyir. Bununla belə baş verən hadisələr və proseslərin inkişafı yaxın gələcəkdə bu məsələyə daha çox aydınlıq gətirəcək.
Xüsusilə, Donald Trampın yenidən hakimiyyətə qayıdışından sonra ABŞ-nin Ukrayna siyasətində dəyişikliklər etməsi və bu məsələdə Avropa İttifaqı və NATO-dakı müttəfiqləri ilə fikir ayrılıqlarının yaşanması İkinci Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminin çökməsinin əsas göstəricilərindən biri hesab edilə bilər.
Trampın hakimiyyətə gəlişi ilə ABŞ-nin ənənəvi müttəfiqləri ilə münasibətləri də yeni mərhələyə qədəm qoyur. Kanada ilə inteqrasiyanın dərinləşdirilməsi, Danimarkaya məxsus Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ideyası, Panama kanalının milliləşdirilməsi kimi təşəbbüslər, eyni zamanda ABŞ və Çin arasında iqtisadi rəqabətin daha gərgin bir fazaya keçdiyini göstərir.
Bu proseslər dünyada yeni bir nizamın formalaşmasını labüd edir. İkinci Dünya müharibəsindən sonra mövcud olan beynəlxalq hüquq sistemi və beynəlxalq münasibətlər mexanizmi çöküş dövrünü yaşadığı üçün dünya uzun müddət qeyri-müəyyən vəziyyətdə qala bilməz. Bu isə qaçılmaz olaraq yeni qlobal münaqişənin – bəzi ekspertlərin III Dünya müharibəsi adlandırdığı böyük miqyaslı qarşıdurmanın baş verməsi ehtimalını artırır”.
T.Əliyev onu da qeyd edib ki, hazırda dünya I və II Dünya müharibələri dövründən daha dağıdıcı və ölümcül silahlara, o cümlədən nüvə silahına və kütləvi qırğın vasitələrinə malikdir:
“Buna görə də böyük dövlətlər hələlik hərbi qarşıdurmadan yayınaraq, siyasi və iqtisadi yollarla dünyadakı güc balansını öz xeyrinə dəyişməyə çalışırlar. Lakin hazırkı proseslər göstərir ki, qeyri-hərbi üsullarla yeni dünya nizamının yaradılması çətin görünür. Bu isə perspektivdə böyük dövlətlərin artıq dolayı yolla deyil, birbaşa iştirak edəcəyi qlobal müharibənin baş verməsi ehtimalını artırır.
Tarix göstərir ki, I və II Dünya müharibələrindən sonra beynəlxalq münasibətlər sistemi və dünyada yeni bölüşdürülmə mexanizmi həmin müharibələrin qalibləri tərəfindən müəyyən edilib. Buna əsaslanaraq ehtimal etmək olar ki, yeni dünya düzəninin qurulması da ancaq növbəti qlobal müharibənin qalibləri tərəfindən formalaşdırılacaq. Bunun üçün isə hələlik qəti fikir söyləmək mümkün deyil, çünki həmin qlobal münaqişə hələ irəlidədir.
Təəssüf ki, bəşəriyyət yenidən müharibə, qan və təlafət təhlükəsi ilə üz-üzədir”.
Leyla Turan
Demokrat.az