ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp şəxsi mühafizəçisi Şon Kurranı ABŞ Məxfi Xidmətinin direktoru təyin edib.
Bizim.Media xəbər verir ki, bunu Tramp özünün sosial şəbəkə hesabında açıqlayıb.
“Şon Kurran 2024-cü ilin iyulunda Pensilvaniya ştatının Butler şəhərində mitinq zamanı sui-qəsdə məruz qaldıqdan sonra seçilmiş prezidentə səhnəni tərk etməyə kömək edən şəxsdir.
Şon böyük vətənpərvərdir və o, bu çılğınlığa son qoyacaq. Bu vəzifəyə daha uyğun heç kim yoxdur”, - Tramp bildirib.
Qeyd edək ki, bu təyinat sərt reaksiyaya səbəb olub. Respublikaçılar bu xəbəri sevinclə qarşılayaraq Kurranı “qəhrəman” adlandırsalar da, Demokratlar onu idarəetmə təcrübəsinin olmamasına görə tənqid ediblər.
Belə ki, 3500-dən çox üzvü olan ABŞ Məxfi Xidməti bir çox problemlərlə üzləşir və Demokratlar Kurranın bu işin öhdəsindən gələcəyinə şübhə edirlər.