Xərçəngin 9 erkən əlaməti

MARAQLI 02 noyabr 2024, 11:50

Dünyada xəstəlikdən ölüm statistikasına görə xərçəng xüsusi yer tutur. Hər il milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, xərçəng səbəbindən dünyada hər il 10 milyon nəfərdən çox insan həyatını itirir.

Demokrat.az Milli.Az-a istinadla xəbər verir ki, araşdırmalara görə son zamanlarda xərçəng xəstəliyi kişilərdə daha çox rast gəlinir.

Alimlər bunu kişilərin daha çox içkiyə, siqaretə meyilli olması, ağır fiziki işlə məşğulluğu və çox vaxt stress altında qalmaları ilə əlaqələndirib.

Kişilərdə bu xəstəliyin ən geniş yayılmış növü prostat xərçəngidir. Bu xəstəlik ağır olsa da, vaxtında müalicə olunduqda qarşısını almaq mümkün olur.

Ciddi şəkildə çəki itkisi, unitazda qan, tez-tez köpmə, mədə pozuntusu və şiddətli qarın ağrıları, kürək ağrısı, şişkinlik, fasiləsiz öskürək, gecələr tualetə qalxmaq xərçəng xəstəliyinin əlamətləri ola bilər. Bu kimi problemlərlə üzləşdikdə çox gec olmadan həkimə müraciət etmək lazımdır. Əks halda, nəticələri yaxşı olmaya bilər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top