Şəffaf bulyonun sirri: Bişirərkən bu məhsulu əlavə edin

MARAQLI 21 sentyabr 2026, 10:08
Bulyon hazırlayarkən ən çox rast gəlinən problemlərdən biri onun bulanıq və boz rəngdə alınmasıdır. Lakin təcrübəli aşpazların istifadə etdiyi sadə üsulla bulyonu daha şəffaf və dadlı etmək mümkündür.

Demokrat.az
xarici mediaya istinadən xəbər verir ki, bunun üçün bulyon bişirməyə başladıqda qazana az miqdarda sirkə əlavə etmək tövsiyə olunur.

Mütəxəssislərin izahına görə, sirkənin tərkibindəki turşu ətin tərkibində olan zülalların daha iri hissəciklər şəklində toplanmasına kömək edir. Beləliklə, yaranan köpüyü kəfkirlə daha asan yığmaq mümkün olur və bulyon daha şəffaf qalır.

Turşu həmçinin sümüklər və qığırdaqlardakı kollagenin jelatinə çevrilməsinə, bəzi mineralların isə bulyona daha yaxşı keçməsinə kömək edə bilər. Bu da yeməyin dadına müsbət təsir göstərir.

Şəffaf toyuq bulyonu üçün resept

Ərzaqlar:

* 1 litr su;
* 500 qram toyuq budu;
* 1 xörək qaşığı alma və ya üzüm sirkəsi;
* 1 ədəd soğan;
* 3 ədəd kök;
* 2 saplaq cəfəri;
* yarım kərəviz;
* 1 ədəd pırasa;
* 3 dəfnə yarpağı;
* 5 ədəd ətirli istiot;
* 10 ədəd qara istiot dənəsi;
* duz.

Əvvəlcə toyuq əti yuyularaq qazana qoyulur və üzərini 3-4 santimetr keçəcək qədər soyuq su əlavə edilir. Ardınca bir xörək qaşığı sirkə tökülür və qazan ocağa qoyulur.

Su qaynamağa başladıqda yaranan köpük kəfkirlə yığılır. Daha sonra dəfnə yarpağı və istiotlar əlavə edilir, bulyon zəif odda təxminən 1,5 saat bişirilir.

Sonra təmizlənmiş tərəvəzlər qazana əlavə olunur və daha 1,5-2 saat bişirilir. Bulyona duzun isə sonda əlavə edilməsi məsləhətdir. Bişdikdən sonra qapağı örtülür və ocaqdan götürülərək bir müddət dəmlənməyə buraxılır.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top