Bakının Xəzər rayonunda 1991-ci il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xatirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə yaşadıqları evdə gecə saat 1 radələrində baş verib. Ucar rayon sakini Vüsal yaşadıqları evdə yaranmış mübahisə zamanı münaqişə zəminində arvadı Xatirəni qəsdən yumruqla baş nahiyəsi və bədən nahiyələrinə vurub.
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığına zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər məhkum olunmayıb: “Zərərçəkmiş Xatirə mənim arvadımdır və 2016-cı ildən etibarən ailəliyik. Birgə nikahdan bir azyaşlı övladımız var. Hadisə günü, saat təxminən 1 radələrində arvadım Xatirə evdə gözləyən zaman evin eyvanından onun taksidən düşdüyünü gördüm. Həmin vaxt telefondan kiminləsə yazışdığını görərək təcili olaraq evə qalxmasını tələb etdim. Evə gəldikdən sonra ondan mobil telefonu alaraq başından qəsdlə yumruqla vurdum. Arvadım mətbəxdən bıçağı götürərək üzərimə gəldi. Onun əlindən bıçağı aldım. Arvadım yenidən oxlovu götürərək üzərimə gəldi. Onun əlindən oxlovu alaraq bədəninin müxtəlif nahiyələrinə vurdum. Aramızda baş vermiş münaqişə təxminən 4-5 dəqiqə davam etdi. Hadisə baş verən zaman yanımızda heç kim olmayıb”.
İş üzrə zərərçəkmiş Xatirənin sözlərinə görə, təqsirləndirilən Vüsal onun əridir, eyni ünvanda yaşayırlar: “2016-cı ildən etibarən ailəliyik. Birgə nikahdan bir azyaşlı övladım var. Hər dəfəsində həyat yoldaşım içki qəbul etdiyindən ailə daxili münaqişələrimiz olub. Hadisə günü Vüsal yenidən sərxoş halda evdə münaqişə yaratdı. Münaqişə zamanı yumruqla və oxlovla baş nahiyəmdən, bədənimin müxtəlif nahiyələrindən vuraraq mənə xəsarətlər yetirdi. Aralarında baş vermiş münaqişə təxminən 5 dəqiqə davam etdi. Ərimdən şikayətçiyəm”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Eyni zamanda şikayət vermiş zərərçəkmiş şəxsə olduğu yer Vüsala məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsi narahat edəcək digər hərəkətlərin edilməsi, həmçinin məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək qadağan edilib.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az