Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.
Demokrat.az BAKU.WS -ə istinadən xəbər verir ki, o, çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla oynayıb.
Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb. Qrossmeysterimiz bu nəticədən sonra ümumi hesabı bərabərləşdirə bilib - 1.5:1.5.
Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq.