43 yaşlı kişi arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

KRİMİNAL 26 yan 2024, 17:34
Astara rayonunda 1981-ci il təvəllüdlü Fazil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Lətifəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Astara rayonunun kəndlərindən birində baş verib. Fazil birlikdə yaşadıqları evdə arvadı Lətifə ilə arasında ailə daxili münasibətlər zəmində mübahisə yaranıb. Mübahisə zamanı Fazil şüşə boşqabla arvadının başına zərbə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Fazilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 20.30-da birlikdə yaşadığları evdə ailə daxili münasibətlər zəmində aralarında mübahisə yaranıb: “Mübahisə zamanı arvadımın ünvanına nalayiq ifadələr işlədərək onun bədəninin müxtəlif nahiyəsinə yumruq zərbsi vurdum. Sonra əlindəki şüşə boşqabı başına vuraraq ona xəsarət yetirdim. Əməlimdən peşmanlıq çəkirəm”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fazilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top