Gənc oğlan metroda qadına sataşdı, onun ərinə isə... — Paytaxtda ŞOK OLAY

KRİMİNAL 03 fev 2023, 12:19
Bakının Nizami rayonunda 2002-ci il təvəllüdlü Tural Bakı Metropoliteni QSC-nin “Koroğlu” stansiyasının yeraltı keçidində Səlimiyə sataşıb, onun qeyri-rəsmi nikahdan olan əri Toğrula (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 9-da Bakı Metropoliteni QSC-nin “Koroğlu” stansiyasının yeraltı keçidində baş verib. 

İstintaq belə nəticəyə gəlib ki, hadisə ictimai yerdə baş verib və təqsirləndirilən şəxs xuliqanlıq əməli törədib. 

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, avqustun 9-da, dəqiq saatını xatırlamadığı vaxtda metroda əvvəllər tanımadığı bir qızı görüb: “Onun arxasınca tanış olmaq məqsədilə düşdüm. Metronun “Əhmədli” stansiyasından “Koroğlu” stansiyasına kimi həmin qıza mənimlə tanış olmaq istədiyini bildirdim. Həmin vaxt qız sadəcə mənə adının Səlimə olduğunu dedi. Sonra Səlimə evli olduğu üçün tanış ola bilməcəyini bildirdi. Səlimənin barmağında üzük olmadığı üçün onun yalandan evli olduğunu dediyini fikirləşdim. Səlimənin arxası ilə qatardan düşdüm. Metronun “Koroğlu” stansiyasının platformasında yenidən Səliməyə yaxınlaşaraq tanış olmaq istədiyimi bildirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, “Koroğlu” metrosu stansiyasının pilləkənlərində olan zaman sonradan adını bildiyi Toğrul Səliməyə yaxınlaşıb və ondan yanında olan şəxsin kim olduğunu soruşub: “Səlimə Toğrula məni göstərdi, arxasınca tanış olmaq məqsədilə düşdüyünü dedi. Toğrul məsələyə aydınlıq gətirmədən mənim üz nahiyyəmə kəllə ilə vurdu və oradan uzaqlaşdı. Vurandan sonra isə Toğrul mənim ünvanıma və ailəmə qarşı nalayiq ifadələr işlətdi. Daha sonra isə əlini belinə aparaq məni bıçaqla vuracağını dedi. Mən də öz növbəmdə Toğrulun arxasınca gedərək keçidin çıxışına yaxın yerdə arxadan ona yaxınlaşdım. Yumruqla onun üz nahiyyəsinə vurdum. Toğrul mənim vurduğum zərbənin təsirindən yerə yıxıldı. Toğrulun yerə yıxılmağından istifadə edərək onu yerdə də vurdum”. 

Tural deyib ki, hadisənin təsadüfi axarı zəminində, gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verib. O, əməlindən peşman olduğunu söyləyib. 
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Toğrulun sözlərinə görə, 2019-cu ildə Səlimə ilə ailə həyatı qurub: “Mənim Səlimə ilə rəsmi nigahım və övladım olmayıb. Avqustun 9-da, saat 21.10-da Səliməni metronun “Koroğlu” stansiyasının keçidində gözlədim. Təxminən 5 dəqiqə sonra, yəni saat 21.15-də Səlimə yeraltı keçidə daxil oldu. Həmin vaxt onun arxasınca bir nəfər əvvəllər tanımadığım, sonradan adının Tural olduğunu bildiyim şəxs gəldi. Tural Səliməyə arxadan yaxınlaşaraq nə isə dedi. Mən dərhal Səliməyə yaxınlaşdım və Turalın kim olduğunu, ona nəyə görə yaxınlaşdığını soruşdum. Səlimə Turalın onunla tanış olmaq istədiyini dedi. Səlimənin sözlərindən sonra Turala yaxınlaşdım və heç bir söz demədən onun sifət nahiyyəsinə bir dəfə baş zərbəsi endirdim. Sonra isə Səlimə ilə birlikdə keçiddən çıxış istiqamətinə hərəkət etməyə başladıq”. 

Zərərçəkmiş qeyd edib ki, həmin vaxt Tural arxadan yaxınlaşaraq ona yumruq zərbəsi endirib: “Yumruq zərbəsinin təsirindən yerə yaxıldım. Yerə yıxılmağımdan istifadə edən Tural məni yumruq və təpik zərbələri endirməyə başladı”. 

Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Tural manat məbləğində cərimə cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top