“Rusiya-Ukrayna müharibəsində ciddi dəyişikliklər olacaq” — Kiyevə doğru yeni hücum əməliyyatları...

DÜNYA 17 yan 2023, 13:10
“Rusiyanın Ukraynada tam olaraq məğlubiyyətindən danışmaq bir az tezdir. Çünki hər iki tərəf həm Qərb, həm də Rusiya növbəti mərhələyə bu ilin yaz aylarına hazırlaşırlar. Ukrayna əks hücuma hazırlaşırsa, Rusiya da bir neçə istiqamət üzrə, hətta ola bilsin ki, Belarus istiqamətindən Kiyevə doğru yeni hücum əməliyyatları həyata keçirə bilər”. 
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Ekspert hesab edir ki, yay aylarına qədər müharibənin taleyində əhəmiyyətli mənada ciddi dəyişiliklər olacaq:

“Əlbəttə, bizim istədiyimiz Ukraynanın bu yöndə Rusiyaya qalib gəlməsidir. Çünki məğlub olduğu vəziyyətdə Rusiyanın təkcə Ukraynada deyil, eyni zamanda geosiyasi marağı olduğu Mərkəzi Asiyada və bir çox regionlarda mövqeyi zəifləyəcək. Bu gün bunun özü açıq şəkildə hiss olunur. Rusiya bu gün o qədər zəifləyib ki, özünün geosiyasi maraqlarını ciddi anlamda qoruya bilmir”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top