Ağstafa sakinindən üç kiloqram narkotik götürülüb

KRİMİNAL 09 dek 2022, 14:27
Ağstafa rayon sakinindən üç kiloqram narkotik götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Ağstafa rayon sakini Şahin Nağıyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilə baxış zamanı oradan üç kiloqram 354 qram marixuana aşkar olunaraq götürülüb. 

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top