Norveç səfiri Rusiya XİN-ə çağırıldı

DÜNYA 28 noy 2022, 21:48
Norveçin Moskvadakı səfiri Robert Kvile Rusiya vətəndaşlarının pilotsuz uçuş aparatlarından qeyri-qanuni istifadə ittihamı ilə saxlanılması və mühakimə olunması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Demokrat.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

"Son aylarda Rusiya vətəndaşlarına qarşı dronlardan qeyri-qanuni istifadə ittihamı ilə aparılan həbslər və məhkəmə prosesləri ilə əlaqədar olaraq, Norveç Krallığının səfiri Robert Kvile noyabrın 28-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona belə təcrübələrin yolverilməz olduğu bildirilib. ", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edilib ki, ruslara qarşı çıxarılan hökmlər siyasi motivlidir, ədalətli və qərəzsiz ədalət prinsipləri ilə heç bir əlaqəsi yoxdur", - nazirlik əlavə edib.

Moskva həmçinin Oslonu rusları etnik zəmində təqib etməyi dayandırmağa çağırıb.

 "Biz Norveç hakimiyyətini bu cür rusofob hərəkətlərdən və etnik mənsubiyyətinə görə Rusiya vətəndaşlarına qarşı təqiblərdən əl çəkməyə çağırdıq", - Xarici İşlər Nazirliyi vurğulayıb.

Leyla
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top