NATO Rusiyaya qatılmaq üçün referendumları qeyri-legitim hesab edir — FOTO

DÜNYA 20 sentyabr 2022, 23:26
NATO Rusiyanın tərkibinə daxil olmaq üçün Ukraynanın Donbass, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçiriləcək referendumları qeyri-legitim hesab edir.

Bu barədə çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Bu, növbəti eskalasiyadır... Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn kobud şəkildə pozulmasını pisləməli və Ukraynaya dəstəyi artırmalıdır”, - o, “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, sözügedən referendumlar sentyabrın 23-dən 27-dək keçiriləcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top