Sumqayıtda küçədə qadınlar əlbəyaxa oldular — TƏFƏRRÜAT

KRİMİNAL 21 iyl 2022, 10:57
Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Leyla şəxsi münasibətlər zəminində qonşusu Təhminəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 1-də baş verib. 

Leyla həmin gün saat 16.30-da qonşusu Təhminə ilə mübahisə edib. 

Mübahisə zamanı Leyla Təhminəni döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
 
İstintaq orqanı tərəfindən Leylanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Leyla elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, əvvəllər ailəli olub: “Amma sonradan başanmışam. 2 azyaşlı oğlum var. Mayın 1-də, saat 16.30-da evdə olan zaman həyətdə oynayan uşaqların səs-küyünü eşitdim. Həyətə baxanda gördüm ki, qonşumuz Təhminənin oğlu Əli mənim böyük oğlum Sahibi söyür. Bu hala pis oldum. Çünki Təhminə və Əli əvvəllər də bir neçə dəfə oğlumu söydüşdülər. Həyətə düşdüm və Əliyə özünü ədəbli aparmasını və söyüşlər söyməməsini deyərək danladım. Həmin vaxt Təhminə evinin balkonundan ünvanıma küçə söyüşləri söyərək məni təhqir etdi. Sonra da həyətə düşdü və üzərimə gələrək, mənimlə mübahisə etməyə başladı. Məni yenə də söyəndə əsəbimdən onun saçından tutaraq yerə yıxdım. Əlim ilə onun başına bir neçə zərbə vurdum. Sonra da evimə getdim”. 

Təqsirləndirilən şəxs deyib ki, ertəsi gün Təhminənin onun barəsində polisə şikayət etdiyini bilib. Qeyd edib ki,  himayəsində xəstə anası, 2 azyaşlı oğlu var. 

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Leyla 1000 manat məbləğində cərimə edilib.
 
Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top