Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 2004-cü il təvəllüdlü İslam Əsədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Demokrat.az xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib. Dominos pizza
İttihama görə, İslam Əsədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Qərib Cavadova xəsarət yetirib. O, 3 dekabr 2023-cü ildə, saat 20 radələrində “Əli market”in qarşısında tanışı Qərib Cavadov ilə qarşılaşıb. Onlar salamlaşıb, bir-birilərinin kef- əhvalını soruşublar.
Bu zaman İslam Qəribin kobud ünsiyyət tərzi nəticəsində aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı, Qəribin onun sinəsindən itələyib, özünü üstün tutaraq ünvanına dediyi şəxsiyyətini alçaldan sözlərindən özünü təhqir olunmuş hesab edib. İslam üzərində gəzdirdiyi bıçaqla Qəribə bir dəfə zərbə vurub.
Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İslam Əsədov 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Bakı Apellyasiya Məhkəməsində qərarına əsasən, şikayət təmin edilməyib. (pravda.az)