“Qidalanma davranışı və duyğular arasındakı əlaqə, bir çox araşdırmanın mövzusu olan kompleks bir sistemdir. İnsanlar körpəlikdən ana südü ilə bərabər qidanın inam və sevgi verdiyini öyrənirlər. Şəkərli qidaları mükafat olaraq istehlak edən uşaqlar: kədərli və ya stressli hiss etdikləri zaman şəkərli qidalar yeyərək hisslərini sakitləşdirmək məqsədiylə istifadə etməyi öyrənirlər. Sosial mühit , ailə və məktəb də öyrənilən bu davranışlar insan həyatına təsir etməkdədir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında qida mütəxəssisi Günay Quluzadə deyib. O qeyd edib ki, hormonlar və ya stress qida qəbuluna təsiri edir:
“Bəzi insanlar ac olmadığı halda yemək yeməyə, emosional qida qəbuluna və ya yemək pozğunluğuna meylli ola bilər. Bu səbəbdən özünü pis hiss edən insanlar bu duyğuları yaşamamaq üçün ac olmadığı halda qidalanmağa yönəlməkdədir. Və bu duyğularla mübarizə apara bilməyən insanlarda ciddi yemək yemə pozğunluqları ortaya çıxır. Emosional qidalanma piylənməyə, depressiyaya, hormonal problemlərə və yemək pozğunluğuna səbəb olur. Getdikcə daha ciddi, həm metabolik, həm də psixoloji problemlər yaradır”.
G.Quluzadə əlavə edib ki, bədən çəkisi qida qəbulu və bu enerjinin xərclənməsi arasındakı tarazlıqdan asılıdır:
“Duyğuların dəyişməyi depressiya, narahatlıq və stresa kimi hisslər qida qəbuluna təsir edir. Xüsusilə mənfi duyğuların öhdəsindən gəlməkdə çətinlik çəkən şəxslərdə qida maddələrinin sakitləşdirici təsirindən istifadə edərək həddindən artıq və lazımsız qida maddələrinin istehlakı müşahidə olunur. Emosiyaların yemək yeməyə təsiri ətraflı öyrənilmiş, lakin bir-birlərinə necə təsir etdikləri tam olaraq aydın deyil. Bir qrupda duyğular qida qəbulunu artırsa da, digər qrupda azaltmışdır. Bundan əlavə, fərqli duyğular eyni qrupdakı şəxslərin qidalanma ehtiyacını artıra və ya azalda bilər.
Məsələn: narahatlıq iştahanı artıra bilər, kədər isə azalda. Sıx duyğular yemək yemə hissini çoxalda və mənfi duyğular da qida qəbulunu azalda bilər. Qəzəbli hiss etmək, yemək yeməyin ən əsas səbəbidir. Nifrət isə anormal yemək davranışlarının davamlı və normal yeməyə doğru getməsinə maneə olur. Yüksək karbohidrat tərkibi olan qidalar stress azaldan təsir göstərə bilər”.
Aynurə Pənahqızı
Demokrat.az