Rusiya bazası Ermənistandan çıxarılacaq — Bədəlyan

SOSİAL 24 oktyabr 2025, 14:19
“Hakim siyasi partiya vəzifədə qalarsa, Rusiyanın Gümrüdə yerləşən 102-ci bazası mütləq ölkədən çıxarılacaq”.

Demokrat.az globalinfo.az-a istinadən xəbər verir ki, erməni siyasi şərhçi Armen Bədəlyan deyib.

O, zamanla Ermənistanın sərhədlərində yerləşən Rusiya qüvvələrinin də ərazidən çıxarılacağını bildirib:

“Qloballaşan bir məkanda Moskvanın hərbi-iqtisadi mövcudluğuna icazə verilməyəcək. Buna görə bəzi strukturlar milliləşdirilib. Zamanla “Qazprom”la da əlaqələr qopacaq. Ermənistan artıq çörəyi Qazaxıstandan gətirirlər, əvvəl bu tədarük Rusiyadan həyata keçirilirdi. Konkret şəkildə Moskvanın ölkədən tamamilə kənarlaşdırılması prosesi həyata keçirilir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top