Yaponiya alimləri insan həyatını ömürlük qoruyacaq peyvəndi sınaqdan keçirirlər

DÜNYA 02 yan 2022, 21:51
Tokio tibb elmləri istitutunun alimləri koronavirusa qarşı insan orqanizmini ömürlük qoruya biləcək peyvənd üzərində işləyirlər. Bunun üçün virusoloqlar çiçək xəstəliyi əleyhinə olan preparatı əsas götürüb.

Bu barədə The Japan Times nəşri məlumat verib.
 
Pandemiyanın başlanmasından az sonra Tokio tibbi elmləri institutunun fəxri tədqiqatçısı Miçinori Koxara sual edib: dünyada ölümcül çiçək xəstəliyinin kökünü kəsməyə kömək etmiş bu xəstəliyə qarşı preparatı əsas götürərək, peyvənd yaratmaq mümkündürmü?
 
Məsələ burasındadır ki, çiçək xəstəliyinə qarşı peyvənddə istifadə edilən inək çiçəyinin virusu elə bir mövzudur ki, Koxara bunun üzərində üç onillikdən artıq müddət işləyib.
 
"Mən peyvəndlərin müxtəlif texnologiyaları üzərində işləmişəm, amma inək çiçəyi virusundan istifadə etməklə yaradılan peyvənd bütün peyvəndlərdən ən güclüsüdür və az əlavə təsirə malikdir",- Koxara The Japan Times nəşrinə müsahibəsində belə deyib.
 
Alimin sözlərinə görə, bu peyvənd peyvəndləmədən sonra bir həftə ərzində güclü neytrallaşdırıcı anticismlər və ömürlük çox güclü hüceyrəvi immunitet yarada bilir.
 
2020-ci ilin aprelində Koxara digər alimlərlə əməkdaşlıq edərək, rekombinat "çiçək peyvəndi"nin işlənib hazırlanmasına başlayıb, onun tərkibində COVİD-19  xəstəliyini törədən SARS-CoV-2 virusunun bitişik zülalı olacaq. Alimlər inək çiçəyi virusunun DIs adlı qeyri-patogen ştammını seçiblər ki, bu da SARS-CoV-2 genini daşımaq üçün fövqəladə səmərəli və təhlükəsiz virus vektorudur.
 
İnək çiçəyinin rekombinat virusunu istifadə etməklə siçanlar üzərində aparılan təcrübələr 20 aydan artıq və ya heyvanın ömrünün sonunadək saxlanılan anticisimlərin yüksək səviyyəsini göstərib.
 
Dərmanın istehsalçısı olan Yaponiyanın Nobelpharma Co şirkəti 2023-cü ilin birinci yarısında bu peyvəndin insanlar üzərində kliniki sınaqlarının birinci və ikinci mərhələsini keçirməyi planlaşdırır. Sınaqlarda 150-200 nəfər, o cümlədən infeksiyanı keçirən və tamamilə peyvəndlənmiş könüllülər iştirak edəcək.
 
Məlumdur ki, hal-hazırda COVİD-19-a qarşı mövcud olan peyvəndlər insanlarda anticisimlərin səviyyəsinin azalması ucbatından dövrü olaraq təkrar peyvənd olunmanı tələb edir. Ömürlük səmərəli olan peyvəndin yaradılması bütün dünyada böyük maliyyə qənaətinə və koronavirusla mübarizədə üstünlük qazanmağa imkan verəcək.
 
Əgər preparatın səmərəliliyi və təhlükəsizliyi sübut ediləcəksə, 2024-cü ildə peyvəndin geniş yayılması planlaşdırılır.
 
Çiçək əleyhinə peyvəndi 1796-cı ildə Britaniyalı həkim Edvard Cenner yüksək ölüm faizi ilə səciyyələnən infeksion xəstəliyə qarşı mübarizə üçün işləyib hazırlamışdır.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çiçək xəstəliyinə qarşı peyvəndlənmənin qlobal kampaniyasını uğurla koordinasiya edib və bu ölümcül xəstəliyə 1977-ci ildə yoluxan sonuncu pasient Somali sakini olub.
 
ÜST-də koronavurusa qarşı peyvəndlərin ölkələr arasında ədalətli bölgüsünə çağırış ediblər, çünki, təşkilatın nümayəndələrinin fikrinə görə, məhz hamılıqla peyvəndlənmə COVİD-19  pandemiyasını dayandıra bilər. Artıq koronavirusa dünyada ümumilikdə 270 milyon insan yoluxub ki, onların 5 milyondan çoxu bu xəstəliyin qurbanı olub.
 
2021-ci ilin son günlərində koronavirus planetin ən ucqar yerinə- Antarktidaya gedib çıxıb və hazırda Avropada xəstələnmə rekordu müşahidə edilməkdədir./moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top