“Paşinyan ordu üzərində tam hakimiyyətə malik deyil”

GÜNDƏM 06 dek 2021, 17:55
“Nikol Paşinyan Putinin ona olan münasibətindən dolayı Rusiya kimi dayağın itirildiyinin fərqindədir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı deyib. O qeyd edib ki, Qarabağ və sərhəd bölgəsində baş verən təxribatlar bir neçə səbəblə bağlıdır: 

Nəsimi Şərəfxanlı: “Bizi döyüşdən-döyüşə irəli aparan həm də arxa cəbhədə  xalqın həmrəyliyi, verdiyi ruh idi, bu birlik indi də davam edir” - VHP

“Birincisi, Paşinyan ordu üzərində tam hakimiyyətə malik deyil. Hərbi kontingentdə daha çox əlaqələrə malik olan Köçəryan komandası bu təxribatlarla hakimiyyətə zərbə vurmağa çalışır. Eyni zamanda belə bir durumdan Paşinyan da bəhrələnmək istəyir. Bəzi məqamlarda o, gərginliyin yatırılmasında maraqlı olmadığını göstərir, bununla da Paşinyan münaqişənin həll olunmama görüntüsünü yaratmaq istəyir. Çünki Paşinyan Putinin ona olan münasibətindən dolayı Rusiya kimi dayağın itirildiyinin fərqindədir və bu səbəbdən də  ATƏT Minsk qrupunu diriltməyə çalışır. Yəni, bu təxribatlar bütün hallarda Azərbaycan üçün xoşagəlimli deyil. Əgər proseslər bu istiqamətdə gedərsə, o zaman biz öz ərazimizdə sabitlik yaratmağın yollarını yaxşı bilirik”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top