Azərbaycanda maqnitudası üçdən yuxarı olan zəlzələrin sayı açıqlandı

GÜNDƏM 09 iyul 2025, 11:27
Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın 1-dən iyulun 1-dək - red) maqnitudası 3 və ondan yuxarı 49 zəlzələ qeydə alınıb.

Demokrat.az Report-a istinadən xəbər verir ki, yeraltı təkanlardan 46-nın maqnitudası 3 və 3-dən yuxarı, üçünün maqnitudası isə 4 və 4-dən yuaxrı yuxarı olub.

Həmin dövr ərzində təbiət hadisəsi Xəzər dənizi, Yardımlı, Lerik, Cəlilabad, Lənkəran, Hacıqabul, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, İmişli, Kəlbəcər, Qaxda qeydə alınıb.

Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Mərkəzin seysmik stansiyaları tərəfindən hər gün 10-20, bəzən daha çox olduqca zəif və yer səthinə gəlib çata bilməyən təkanlar qeydə alınır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top