"Son illərdə Azərbaycan vətəndaşlarının xarici ölkələrə viza ilə səyahətinin tədricən ləğv olunması, ölkə pasportunun beynəlxalq reytinqinin ildən-ilə artdığını göstərir".
Demokrat.az xəbər verir ki, bunu “News24.az”a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
10–15 il əvvəl Asiya ölkələrinin əksəriyyətinə vizasız səyahət mümkün olmadığını xatırladan ekspert hazırda həmin ölkələrə Azərbaycan vətəndaşları üçün vizasız və ya sadələşdirilmiş (elektron və ya sərhəddə verilən) viza rejimi tətbiq edildiyini bildirib.
Rəhman Quliyev vurğulayıb ki, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri (Dubay), Qətər (Doha) və Çin ilə tam vizasız rejimin tətbiq olunması, eləcə də Tayland, İndoneziya və Sinqapur kimi ölkələrin elektron vizaya keçməsi, faktiki olaraq bu dövlətlərlə vizasız səyahət şəraiti yaradıb: "Bu dəyişikliklər Azərbaycan vətəndaşlarına Asiya regionuna daha sərbəst və maneəsiz səyahət imkanı verir.
Avropa istiqamətində də müəyyən irəliləyişlər müşahidə olunur.
Belə ki, Monteneqro və Albaniya kimi ölkələrə səyahət vizasız rejim əsasında həyata keçirilir. Digər Avropa ölkələrinə səyahət zamanı viza tələb edilsə də, bəzi hallarda görüş vaxtlarının təyin olunması çətinlik yaratsa da, bu prosesdə də əvvəlki illərlə müqayisədə müəyyən sadələşdirmələr nəzərə çarpır".
Turizm mütəxəssisi deyib ki, Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu və balanslaşdırılmış xarici siyasət nəticəsində ölkənin beynəlxalq nüfuzu artıb, bu da öz növbəsində vətəndaş pasportunun reytinqinə müsbət təsir edib: "Son bir il ərzində Azərbaycan ilə Mərakeş arasında vizasız rejim tətbiq olunub. Cənubi Amerika ölkələrinə isə sadələşdirilmiş viza rejimi ilə səyahət etmək mümkün olub. Bununla yanaşı, hələlik Şengen zonası və ABŞ kimi bəzi regionlara səfərlər üçün viza tələb olunmaqdadır".
Ekspert onu da bildirib ki, mövcud tendensiyalar davam edərsə, yaxın on il ərzində Azərbaycan pasportunun dünyanın ən yüksək reytinqli pasportları sırasına daxil olmaq ehtimalı yüksəkdir.
O, həmçinin, ölkənin davamlı və sistemli xarici siyasət kursunun da, bu məsələdə göstərici kimi qiymətləndirildiyini əlavə edib.