Rusiya Gümrü bazasına yeni qüvvələr göndərir. Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bildirib:
“Bu, Kremllə Azərbaycan arasında süni şəkildə yaradılmış yeni gərginliyin göstəricisi ola bilər. Rusiya İrəvanda Paşinyan hökumətini devirmək və özünün təyin etdiyi yeni Ermənistan hökumətini Rusiyanın iştirakı ilə Azərbaycana hücum etməyə məcbur etmək planları qurur”.
Mövzu ilə bağlı Demokrat.az-a danışan millət vəkili Azər Allahverənov deyib ki, Ermənistanda elə qüvvələr var ki, onlar hər zaman təxribatın baş verməsinin tərəfdarıdırlar:

“Onlara təxribatçı qüvvələr də, revanşist qüvvələr də demək olar. Revanşist qüvvələr təxribatda yox, elə birbaşa revanşda maraqlı olan qüvvələrdir, zaman-zaman təxribata əl ata bilərlər ki, Azərbaycan hər hansı hərbi əməliyyatlara başlasın. Olunan təxribatların kökündə bu dayanır, bundan da istifadə etmək istəyən revanşistlər var.
Təkcə ölkə daxilində yox, ölkə hüdudlarından kənarda da var, onlar gərginliyin yüksək səviyyədə saxlanılmasında maraqlıdırlar. Ona görə müəyyən manipulyasiyalara əl atırlar”.
Deputat bildirib ki, müxtəlif siyasi dairələr tərəfindən təxribat cəhdləri ola bilər:
“Bu, Rusiyadan da gələ bilər, orada elə siyasi dairələr var ki, Ermənistan müxalifəti ilə sıx əlaqədədir. Fransadan gələ bilər. Burada bir neçə ölkələrin maraqları var. Niyə Ermənistan intensiv silahlanır? Çünki bunda da maraqlı olan dairələr var.
Rusiya bu gün bir çox proseslərdən kənarlaşdırılır. Hələ ki, Gümrüdəki 102 saylı hərbi baza qalıb, həmin baza üzərindən müəyyən manipulyasiyalara əl ata bilər, istisna deyil.
Rusiya çalışır ki, Ermənistanda mövcudluğunu təmin etsin, təsir imkanlarını saxlasın. Görünən odur ki, Rusiya hərbi kontingent üzərindən nəsə etməyə cəhd edir”.
Cavidan Mirzəzadə
Demokrat.az