“Laçın və Zəngəzur dəhlizi gündəmə gətirilsə də, bu məsələdə heç bir irəliləyiş yoxdur”

GÜNDƏM 23 noy 2021, 20:20
“10 noyabr Bəyannaməsindən sonra Laçın və Zəngəzur dəhlizi gündəmə gətirilsə də, lakin bir ildir ki, bu məsələdə heç bir irəliləyiş yoxdur”.

Bunu Demokrat.az-a açıqlamasında Türkiyənin Beynəlxalq "VİZYON” Universitetinin prorektoru, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Hasan Oktay deyib.

Politoloq bildirib ki, Azərbaycan Qarabağda faktiki işğalı aradan qaldırmağa çalışarkən, digər tərəfdən də Zəngəzuru açmaq üçün mübarizə aparır:

“Ötən həftə baş verən və 7 Azərbaycan əsgərinin şəhid olmasıyla nəticələnən toqquşmadan sonra Ermənistan tərəfi problemin Avropa İttifaqına çıxarılması üçün Brüsseldə sülh danışıqlarının aparılması istiqamətində atılan addımı dəstəklədi. Bu da o deməkdir ki, Rusiyaya qarşıdır Ermənistan. Bu məsələ Azərbaycanla Rusiyanı yan-yana qoymaqla, növbəti dövrdə Rusiyanın Qarabağda sülh gücü adı altında qalmasına da yol açmış olacaq. Yəni, Ermənistan bir daşla iki quş vurmaq üçün hesablama aparır. Birincisi, Ermənistanın burada əsas məqsədi Rusiyadan tam müstəqil olmaq və Avropa Birliyinin qanadları altına girməkdir. Bununla da, Qarabağın ağır yükündən xilas olmağa çalışır. Hazırda Ermənistan mətbuatında Paşinyanın rusları aldatmasıyla bağlı xəbərlər də yayılmağa başlayıb. Ola bilsin ki, erməni müxalifəti bunu Rusiyanı Ermənistanda saxlamaq üçün edir, amma əslində real görünən gerçəkdə bu yöndədir”. 
H.Oktay vurğulayıb ki, Azərbaycan müharibə yolu ilə  bütün torpaqlarını işğaldan azad etmək imkanını indi diplomatiya yolu ilə davam etdirəcək:

“Ümumiyyətlə,  Ermənistan Avropa İttifaqını cəlb etməklə, Minsk qrupunu aktivləşdirmək istəyir. Bu da yenə Fransa-Rusiya müttəfiqliyi ilə Qarabağ məsələsində Azərbaycanın zərərinə olan bəzi inkişaflara yol aça bilər”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top