Suyu, torpağı qalmayan, Laçından keçən işığa möhtac Xankəndi...

QARABAĞ 15 noy 2021, 13:52
Rusiyanın RBC kanalının saytında Qarabağdan reportaj yayımlanıb.

Reportajda müharibədən sonra separatçı ərazidə erməni əhalisinin necə yaşadıqları, gələcəyə necə baxdıqlarına dair maraqlı məlumatlar yer alır.

Reportajda deyilir ki, ermənilərin Qarabağa qayıtması problem olaraq qalır. Separatçı guruhun iki mənbəsi RBC-ya deyib ki, əhalinin qayıtması qondarma rejimin də sağ qalması baxımından mühüm məsələdir. “Əəgər insanlar orada yaşamaq istəmirlərsə, bura Ermənistana lazım olmayan torpaq olacaq”.

Ermənistanda isə 27 minə qədər “Qarabağ ermənisi” məskunlaşıb. Onlar qayıtmaq niyyətində deyillər. İrəvanın kənarında yaşayan Mikaelyan ailəsi deyir ki, qayıtmağa qorxurlar. “Oranın statusu yoxdur. Bu gün ruslar oradadır, bəs sabah? 4 ildən sonra orada necə olacaq?”.

İqtisadi müflisləşmə səbəbindən ermənilər tamamilə bölgəni tərk edə bilərlər. Separatçı-terrorçu rejimin qondarma “iqtisadiyyat və kənd təsərrüfatı naziri” Armen Tovmasyan deyib ki, müharibədən sonra gəlirlər kəskin azalıb, gələn il daha da azalacaq.  Onun sözlərinə görə, müharibə nəticəsində qondarma guruhun ərazisi 80 faiz azalıb. Müharibə iqtisadiyyat üçün fəlakətli nəticələrə səbəb olub.
Tovmasyanın sözlərinə görə, belə ağır iqtisadi vəziyyət nəticəsində adamların ərazini kütləvi tərk etmə təhlükəsi yaranıb. İki il əvvəl Ermənistan separatçı rejimin büdcəsinin 60 faizini maliyyələşdirirdi, amma indi bu 90 faizdir. 2020-ci ildə Ermənistan 254 milyon dollar pul göndərib. “Bu xərclər daha da artacaq”.



Elektrik enerjisində ciddi problemlər yaranıb. Müharibədən öncə separatçıların işğal olunmuş torpaqlarda 36 su elektrik stansiyasını istismar edirdi, indi bunun 29-dan məhrum olublar. Tovmasyan deyib ki, Ermənistandan asılı vəziyyət yaranıb.

Hazırda Xankəndinə elektrik xətti Laçın dəhlizindən gəlir. Amma gələn xəttin gücü yetərli deyil, tez-tez elektrik enerjisi kəsilir.

Qarabağda su təminatı ilə bağlı ciddi problemlər var. Ermənilər Tərtər və Xaçınçaydakı su mənbələrindən məhrum olublar. Müharibəyə qədər bu mənbələr su təminatını 80 faizini təşkil edirdi.

Kənd təsərrüfatı da dağılıb. Müharibə nəticəsində ermənilər mal-qaranın yarısından və 75 faiz əkin torpaqlarından məhrum olublar. Kənd təsərrüfatının həcmi 54 faizə düşüb.

2019-cu ildə əgər 11 min ton üzüm istehsal olunurdusa indi bu 5 mindir.

Müharibədən sonra Xankəndində və ətraf rayonlarda müəyyən tikinti işləri aparılır. Tovmasyan etiraf edir ki, bunun üçün pulun bir hissəsi diaspordan, əsasən də Rusiyadan gəlir.

Ermənistan bankları isə Qarabağdakı ermənilərə kredit vermir. Banklar bunu riskli sayır. Tovmasyan bu faktı təsdiq edib və deyib ki, buna səbəb müharibədən sonra yaranmış vəziyyət, eləcə də əhalinin borclarıdır.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 noy 2021, 20:23
Top