Salyanda kikboksinq üzrə rayon birinciliyi keçirildi — FOTO

İDMAN 28 sen 2021, 12:45
Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə karantin rejiminin qaydalarına riayət edilməklə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş yeniyetmələr və gənclər arasında kikboksinq idman növü üzrə rayon birinciliyi keçirildi.

İdarədən Demokrat.az-a verilən məlumata görə, yarışın keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək, rayonda kikboksinq idman növünün kütləviliyinin artırmaq və perspektivli idmançıları aşkar etmək olub.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun böyük qələbəsi ilə başa çatdı. Qəhrəman Vətən övladlarının dönməz, şərəfli mübarizə yolunda göstərdiyi misilsiz şücaəti, qanı, canı bahasına şanlı hərb tariximizə yeni səhifələr yazıldı. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik.

Birinciliyin təşkilində də əsas məqsəd şəhidlərimizin xatirəsini yaşatmaqdır. Sonra Salyan “Kikboksinq” idman klubunun direktoru Rahil İsgəndərov , Salyan şəhər 8 saylı tam orta məktəbin hərbi hazırlıq müəllimi , Aprel döyüşləri Qazisi, Xüsusi Təyinatlı qüvvələrin giziri Zamiq Əsgərov , Vətən müharibəsi şəhidi mayor Balıyev Hüseynağanın atası Balıyev Salman, Vətən müharibəsi şəhidi kəşfiyyatçı gizir İbrahimov Sultanın atası İbrahimov Mikayıl, Vətən müharibəsi şəhidi Rzayev Əlirzanın atası Rzayev Mehman , Vətən müharibəsi şəhidi Salahov Sabirin atası Salahov Hikmət və Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinovun atası Əliş Şirinov çıxışlarında bildirdilər ki, milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Onların xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş kikboksinq idman növü üzrə rayon birinciliyində Vətən müharibəsi şəhidi mayor Balıyev Hüseynağa, Vətən müharibəsi şəhidi kəşfiyyatçı gizir İbrahimov Sultan, Vətən müharibəsi şəhidi Rzayev Əlirza , Vətən müharibəsi şəhidi Salahov Sabir və Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Şirinov Kamil diplomla təltif olundu və diplomlar onların ailə üzvlərinə təqdim olundu. Sonra şəhər 8 saylı tam orta məktəbin hərbi hazırlıq müəllimi , Aprel döyüşləri Qazisi, Xüsusi Təyinatlı qüvvələrin giziri Zamiq Əsgərovun rəhbərliyi şəhər 8 saylı tam orta məktəbin şagidləri hərbi vətənpərvərlik mövzusunda flaşmob göstərdilər . Aprel döyüşləri Qazisi, Xüsusi Təyinatlı qüvvələrin giziri Zamiq Əsgərov da Salyan rayon Gənclər və İdman İdarəsinin diplomu ilə təltif olundu .

Sonra rayon birinciliyinə start verildi.Maraqlı idman mübarizəsi şəraitində keçən rayon birinciliyinin sonunda I ,II , III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən diplom və medallarla təltif olundular.
Açıklama yok.
Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top