Mahir Emrelinin komandası “Spartak”a qalib gəldi

İDMAN 15 sen 2021, 22:11
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də oynadığı "Legiya" (Polşa) Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxıb. 

"Demokrat.az xəbər verir ki, Varşava təmsilçisi səfərdə Moskva "Spartak"ı ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qalib gəlib. M.Emreli oyuna start heyətdə çıxıb və 82-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.

Qeyd edək ki, "Legiya"nın yer aldığı C qrupunda "Spartak"la yanaşı, "Lester" (İngiltərə) və "Napoli"  (İtaliya) də mübarizə aparır. 

"Spartak" (Moskva, Rusiya) - "Legiya" (Varşava, Polşa) - 0:1

Qol: Lirim Kastrati, 90+1

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top