Lukaşenko Tixanovskayanı təhqir etdi

DÜNYA 31 iyl 2021, 22:35
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin müxalifət lideri Svetlana Tixanovskayanı əclaf adlandırıb.

“Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, A. Lukaşenko bunu məmurlarla görüşündə Svetlana Tixanovskayanın 2020-ci ilin avqustunda Litvaya getməsinin təfərrüatlarını açıqlayarkən deyib. 

Məlumata əsasən, Lukaşenko Belarus hakimiyyətinin Tixanovskayanın ölkəni tərk etməyə məcbur etməsi ilə bağlı iddiaları təkzib edib.

“Mən yalnız bu gün hesabatda oxudum ki, Belarus hökuməti Tixanovskayanı ölkəni tərk etməyə məcbur edib və uşaqlarını əlindən almaqla hədələyib və s. Qulaq asın, uşaqlar mənim üçün toxunulmaz mövzudur və siz bunu bilirsiniz. Uşaqlar valideynlərinə görə belə bir məsuliyyət daşımamalıdırlar”, - deyə o əlavə edib.

Lukaşenko həmçinin vurğulayıb ki, müxalifət sədri ölkə Prezidenti yanında Əməliyyat və Analitika Mərkəzinin sədri Andrey Pavlyuçenkoya şəxsən müraciət edib. Svetlana Tixanovskaya bu zaman ölkədən çıxmaq icazəsi və maliyyə dəstəyi istəyib. 

Lukaşenkonun iddiasına görə, Svetlana Tixanovskayaya 15 min dollar pul ayrılıb və Litvaya getməsinə icazə verilib: “Və o bu gün deyir ki, onu hədələyiblər, uşaqlarını əlindən alıblar və digər bu tip hədələr ediblər... Əclaf!”

Qeyd edək ki, Svetlana Tixanovskaya 2020-ci ilin avqustunda ölkədə Prezident seçkilərindən sonra Belarusu tərk etdiyinə görə təəssüf etdiyini bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top