
"Azərbaycanın İranla müharibədə İsrailə yardım etməsi söhbəti Ceyms Bond hekayəsidir".
Oxu.Az bildirir ki, bunu İsrail Dövlətinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz APA-ya müsahibəsində mövzu ilə bağlı müvafiq suala cavab verərkən deyib.
Səfir qeyd edib ki, bir neçə gün əvvəl İrandan bəzi bəyanatlar eşidib:
"Laricani (İranın Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi-red.) açıq-aydın bildirdi ki, Azərbaycan bu müharibədə tərəf tutmayıb. Yadımdadır, 2012-ci ildə Azərbaycana səfəri zamanı İsrailin keçmiş xarici işlər naziri Aviqdor Libermana da eyni sualı vermişdilər. Onun cavabını çox aydın şəkildə xatırlayıram. Cavabı belə olmuşdu: "Bunların hamısı Ceyms Bond hekayələridir". Düşünürəm ki, bu sizin sualınıza uyğun cavabdır, bunların hamısı Ceyms Bond hekayəsidir".