Bu gün Laçın Şəhəri Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-i imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.
Bu barədə Laçın sakini, “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyinin icraçı direktoru İradə Polad Demokrat.az-a açıqlamasında deyib ki, son 3 ildir 26 avqust Laçın Günü kimi qeyd olunur:
“Laçınlılar üçün bu gün böyük sevinc və qürur mənbəyidir. Bu, həm birliyimizin, həm də mirasımıza olan bağlılığımızın simvoludur. Ona görə də biz övladlarımızı və gənclərimizi gələcəklərini Laçında qurmağa, doğma yurdlarına bağlı qalmağa təşviq edirik. Bu günü yaşadıqca özümü o ilk qayıdış anındakı kimi həyəcanlı hiss edirəm. Torpağa dönəndə diz çöküb ayaqlarımızın altındakı torpağı öpdük, minnətdarlıqla onun suyundan içdik. Övladlarımızı da gətirdik ki, bu torpağın təbiətini, zənginliyini görsünlər və fəxrlə eşitsinlər: Bura bizim Vətənimizdir. Biz buraya aidik. Bu torpaq şəhidlərimizin qanı ilə yoğrulub. Onlar həyatlarını qurban verdikləri üçün bu gün biz azad yaşayırıq. Ona görə də bu torpaq müqəddəsdir. Sevincimin həddi-hüdudu yoxdur. Bu gün həyatımın ən çətin, amma ən qürurlu günlərindən biridir. Xalqımıza bu gözəl şəraiti yaradan dövlət rəhbərliyinə və bütün qurumlara dərin minnətdarlığımı bildirirəm. Prezidentimizin rəhbərliyi ilə yaradılan bu imkanlar sayəsində biz bu gün öz Vətənimizdə dinc, qürurla yaşayırıq”.
İ.Polad əlavə edib ki, bu gün təkcə yalnız Laçın günü kimi deyil, həm də Azərbaycan xanımlığını, zərifliyini, zəkanı və mərhəməti özündə təcəssüm etdirən Mehriban xanım Əliyevanın doğum günü kimi qeyd olunur:
“Biz Laçın xanımları, bütün analar, bacılar və qadınlar adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Ona möhkəm can sağlığı və Vətən naminə gördüyü böyük işlərdə uğurlar arzulayırıq. Mehriban xanımın fəaliyyəti təkcə ölkəmizdə deyil, beynəlxalq müstəvidə də yüksək dəyərləndirilir. Arzu edirik ki, Mehriban xanımın fəaliyyəti gənc nəsil üçün bir örnək, bir motivasiya mənbəyi olsun. O, əsl Azərbaycan qadını obrazını dünya səviyyəsində nümayiş etdirən bir şəxsiyyətdir”.
Leyla Turan
Demokrat.az